Pezeşkian ABŞ-yə qarşı Rusiya və Çinlə əməkdaşlıq etmək niyyətində olduğunu açıqlayıb

İran prezidenti Məsud Pezeşkian ABŞ-yə qarşı Rusiya və Çinlə əlaqələri genişləndirməyə hazır olduğunu açıqlayıb.

Müvafiq bəyanat İran dövləti liderinin saytında dərc olunub.

“Biz Rusiya və Çin ilə əməkdaşlığımızı ABŞ-nin birtərəfliliyinə qarşı durmağa uyğun şəkildə genişləndirməyə sadiqik”, - Pezeşkian bildirib.

O, həmçinin İran hökumətinin Pekinlə hərtərəfli tərəfdaşlıq sazişinin həyata keçirilməsinə sadiq olduğunu bildirib və əlavə edib ki, Kazanda keçirilən 16-cı BRİKS sammitində Çin prezidenti Si Cinpinlə konstruktiv danışıqlar aparıb.

Mövsüm

AzNews.az