Lavrov: ATƏT-in faydalı rol oynaya biləcəyi sahələr qalmayıb

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) öz vəzifələrində faydalı ola biləcəyi sahələr qalmayıb. Bu sözləri ATƏT Xarici İşlər Nazirləri Şurasında (XİNŞ) çıxışı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Elə bir sahə qalmayıb ki, ATƏT öz səlahiyyətləri çərçivəsində birbaşa suallara cavab tapmaqda zərrə qədər də faydalı rol oynaya bilsin”.

Lavrovun sözlərinə görə, təşkilat Avropa məkanı üzvlərinin maraqlarının toplaşdığı məkana çevrilə bilər, lakin “bu otaqda heç kim ATƏT-dən bu məqsədlər üçün istifadə etməyi ağlına belə gətirməz”.

Mövsüm

AzNews.az