Ermənistan KTMT-dən çıxmaqla bağlı heç bir sənəd tətbiq etməyib – Lavrov

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı heç bir sənəd təqdim olunmayıb.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında baş nazir Nikol Paşinyanın Ermənistanın KTMT ilə münasibətlərinin dönüş nöqtəsini keçdiyi barədə bəyanatını şərh edərkən bildirib.

"Belə bir sənəd daxil olmayıb. Biz bu müzakirələri eşitmişik və Ermənistanın baş naziri bu mövzunu parlamentdə geniş şəkildə danışıb və müzakirə edib. Biz heç kimin üzərinə heç nə qoymuruq. Əminik ki, Ermənistanın təhlükəsizlik maraqlarına tam uyğundur",-deyə Lavrov qeyd edib.

"Əgər onun qabaqcadan danışdığı qərar qəbul olunarsa, bu, Ermənistanın hazırkı rəhbərliyinin suveren hüququ olacaq. Rusiya və KTMT-nin digər üzvləri İrəvana qarşı qapıların bağlanması kimi qəbul edilən heç bir addım atmayıblar və etməyəcəklər", - Lavrov əlavə edib.

Mövsüm

AzNews.az