- Rusiya və İran
- 19:40
- 829
ABŞ-nin Rusiya, Çin və KXDR-ə qarşı oyunları nüvə fəlakətinə səbəb ola bilər – Rusiya XİN
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov xəbərdarlıq edib ki, Vaşinqtonun nüvə silahına malik Rusiya, Çin və KXDR-ə qarşı oyunları fəlakətə səbəb ola bilər.
“Qlobal hökmranlığı saxlamaq naminə Vaşinqton gələcək strateji riskləri götürməyə, kobud oyuna kifayət qədər yaxınlaşmağa və ya hətta qaydaları pozmağa, amerikalıların rəqib və düşmən kimi seçdiyi ölkələrə ehtiyatsızlıqdan güclü təzyiqi artırmağa hazırdır""- deyə Ryabkov “Valday” diskussiya klubunun platformasındakı diskussiyada çıxış edərkən bildirib.
“Söhbət ilk növbədə hərbi nüvə potensialına malik dövlətlərdən - Rusiya, Çin və Şimali Koreyadan getdiyinə görə, Vaşinqtonun geosiyasi oyunları fəlakətli nəticələrə qədər dəhşətli nəticələrə səbəb ola bilər",- Ryabkov vurğulayıb.
Mövsüm
Aznews.az