Lavrov ABŞ-nin Rusiyanın yeni səfirinin namizədliyini təsdiqlədiyini açıqlayıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Vaşinqtondakı yeni səfirinin namizədliyinin Amerika Birləşmiş Ştatlarının ( ABŞ ) təsdiqini aldığını bildirib.

O, bu barədə “Rossiya-1” telekanalının “60 dəqiqə” verilişində bildirib .

“Amerikalılar, yeri gəlmişkən, dedilər ki, karyerasının böyük hissəsini Sovet-Amerika, Rusiya-Amerika münasibətlərinə həsr etmiş bir peşəkarın təyin olunmasını alqışlayırlar”, - Lavrov bildirib.

O əlavə edib ki, diplomatın gediş tarixi Amerikanın yeni prezidenti Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasimi nəzərə alınmaqla planlaşdırılır.

Mövsüm

Aznews.az