- Rusiya və İran
- 25 Dekabr 19:08
- 1 236
Putin MDB liderlərinə yaxşı süfrə açıb. Paşinyan yenə COVİD-ə yoluxub
Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderləri ilə qeyri-rəsmi görüş keçirib və onları səhər yeməyinə dəvət edib.
AzNews.az bu barədə Rusiya KIV-lərinə istinadən xəbər verir.
Rusiya mediası yazır ki, qeyri-rəsmi sammit Sankt-Peterburqda təşkil olunub. Daha sonra dövlət başçıları Leninqrad vilayətində yerləşən “İqora” kompleksinə keçiblər. Putin qonaqlarını sobada bişirilmiş nərə balığı, krevetkalı kələm dolması, kartoflu toyuq və ördək ətindən hazırlanmış təamlara qonaq edib.
Menyuda həmçinin krab, avokado və qara kürüdən hazırlanan "tartaletka" və salatlar yer alıb.
Desert olaraq qurudulmuş çiyələk və plombir ilə bəzədilmiş xama təqdim edilib.
İçməyə Rusiyanın şərab zavodlarında istehsal olunan "Riesling" və "Marselan" növlü şərablar təklif olunub.
Qeyri-rəsmi sammitdə Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, habelə Tacikistan, Türkmənistan, Özbəkistan və Qırğızıstan liderləri iştirak ediblər.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə koronavirus testinin müsbət çıxması səbəbindən görüşə qatıla bilməyib.
Azərbaycan Prezidenti İlham Əliyev AZAL-a məxsus təyyarənin qəzaya uğraması səbəbindən tədbirə gedərkən səmada vətənə dönmək qərarı verib.
AzNews.az