İran Suriyada xaos üçün düyməni basdı: İlk addım məzhəb qarşıdurması üçün atıldı

Dekabrın 8-də Suriyada baş verən tarixi inqilab bütün dünyaya səs saldı.

Rusiya və İranın dəstəyinə baxmayaraq, noyabrın 27-də İdlibdə başlayan müxalifət yürüşünü dayandıra bilməyən və 13 gündə Dəməşqdə uğur qazanan Bəşər Əsəd Rusiyaya qaçdı.

Müxalifət hakimiyyəti ələ keçirərkən, 13 ildir dinc əhalinin başına ölüm yağışı yağdıran məzhəbçi İran milis qüvvələri ölkəni tərk etməli oldu.

Bu tarixi inkişafdan sonra ilk addım Suriyada bütün qazanclarını itirən İrandan gəldi.

İranın dəstəklədiyi qüvvələr yeni administrasiyanın Suriyada təhlükəsizlik və sabitlik üçün bütün dini və etnik qruplara bərabər və ədalətli yanaşma ritorikasına kölgə salmaq üçün hərəkətə keçib.

Müxalifətin Əsəd rejiminə qarşı yürüşünün ilk günlərində şiələr üçün müqəddəs sayılan hərəmin yandırıldığı anların görüntüləri yeniymiş kimi təqdim edilərkən, Dəməşqin süqutundan sonra ölkədə başlayan dinc atmosfer birdən xaosa çevrildi.

Digər tərəfdən, İranın dəstəklədiyi din xadimləri meydanlara çıxmağa başlayıb.

Din xadimlərinin xalqı yeni administrasiyaya qarşı təhrik edən görüntüləri sosial mediada yayılarkən, onlardan birinin “Bizi təxribata çəkməyə çalışanların başını kəsəcəyik” deməsi diqqət çəkib.

Mövsüm

Aznews.az