Pezeşkian yanvarda Rusiyaya səfər edəcək

İran prezidenti Məsud Pezeşkian yanvarın 17-də Moskvaya rəsmi səfər etməyi planlaşdırır.

Bu barədə İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali məlumat verib.

Görüş çərçivəsində İran lideri və Rusiya prezidenti Vladimir Putinin Tehran və Moskva arasında əməkdaşlıq sazişi imzalaması gözlənilir.

"Bu səfər zamanı Pezeşkian və Putin iki ölkə arasında əməkdaşlığa dair saziş imzalayacaqlar", - səfirliyin Telegram kanalı diplomatın sözlərindən sitat gətirib.

Mövsüm

Aznews.az