Medvedev Avropanı siyasi cəzalandırmağa çağırıb

Avropa bütün mümkün vasitələrlə cəzalandırılmalıdır.

Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Avropa bizim əlimizdə olan bütün vasitələrlə cəzalandırılmalıdır: siyasi, iqtisadi və hər cür hibrid vasitələrlə. Ona görə də biz Avropada istənilən dağıdıcı proseslərə kömək etməliyik”, - o Telegram kanalında yazıb.

Bundan əlavə, Medvedev Avropanı “pis, dəli qoca” adlandırıb və İstanbul danışıqlarının uğursuzluğuna görə onun məsuliyyətini qeyd edib.

Mövsüm

Aznews.az