- Rusiya və İran
- 28 Dekabr 2024 17:21
- 3 478
Rusiya XİN Aİ nümayəndələrinə qarşı sanksiyalar siyahısını genişləndirib

Moskva Aİ-nin 15-ci sanksiya paketinə cavab olaraq Rusiyaya girişi qadağan olunmuş Aİ nümayəndələrinin siyahısını əhəmiyyətli dərəcədə genişləndirir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rusiya tərəfi bu qeyri-dost hərəkətlərə cavab olaraq, “Rusiya Federasiyasını tərk etmək və Rusiya Federasiyasına daxil olmaq qaydası haqqında” avqust tarixli Federal Qanuna uyğun olaraq Avropa təsisatlarının və Aİ-yə üzv ölkələrin nümayəndələrinin siyahısını xeyli genişləndirib ",- deyə idarənin bəyanatında deyilir .
Nazirlik izah edib ki, söhbət assosiasiyaya daxil olan ölkələrin hüquq-mühafizə orqanlarının və təşkilatlarının nümayəndələrindən, Ukraynaya hərbi yardım göstərməyə cavabdeh olan Aİ-yə üzv ölkələrin vətəndaşlarından gedir.
Mövsüm
Aznews.az