ABŞ Rusiya ilə əlaqələrin bərpası üçün addım atmalıdır - Lavrov

Rusiya ABŞ ilə siyasi dialoqun bərpasına açıqdır, lakin Vaşinqton ilk addımı atmalıdır.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində deyib.

"Rusiya-ABŞ münasibətlərinin perspektivlərinə gəlincə, o zaman ABŞ-nin buna hazır olacağı təqdirdə, biz xüsusi hərbi əməliyyatın başlamasından sonra Vaşinqton tərəfindən kəsilən siyasi dialoqun bərpasına açığıq", - Lavrov bildirib.

"Biz deyil, amerikalılar tərəfindən kəsildiyi üçün ilk addımı onlar atmalıdır", - deyə o, qeyd edib.

"Beləliklə, biz görəcəyik. Əgər amerikalılar bizim maraqlarımızı nəzərə almağa başlasalar, dialoq tədricən bərpa olunacaq. Əks təqdirdə, hər şey olduğu kimi qalacaq", - rusiyalı diplomat bildirib.

Mövsüm

Aznews.az