- Rusiya və İran
- 9 Yanvar 18:24
- 1 082
Rusiya Xarici İşlər Nazirliyi İndoneziyanın BRİKS-ə qoşulmasını alqışlayıb
Rusiya İndoneziyanın BRİKS-ə tamhüquqlu üzv kimi qoşulmasını alqışlayır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi öz saytında bildirib.
“Rusiya Federasiyası İndoneziya Respublikasının 2025-ci il yanvarın 1-dən BRICS-ə tamhüquqlu üzv kimi qoşulmasını alqışlayır. İndoneziyanın namizədliyi 2023-cü ildə Yohannesburqda (Cənubi Afrika) keçirilən sammitdə assosiasiyanın genişlənməsinin “ilk dalğası” çərçivəsində təqdim edilib və ilkin olaraq təsdiq edilib”, - nazirliyin bəyanatında deyilir.
Mövsüm
Aznews.az