Overçuk Ermənistanda Aİ-yə üzvlüklə bağlı müzakirələri ölkənin Aİİ-dən çıxmasının başlanğıcı adlandırıb

Rusiya Ermənistanda Avropa İttifaqına (Aİ) qoşulmaq haqqında qanun layihəsinin müzakirəsinə başlamasını ölkənin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmasının başlanğıcı kimi qiymətləndirir.

Bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.

“Biz Ermənistanda “Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanun layihəsinin müzakirəsinə başlamasını Ermənistanın Aİİ-dən çıxmasının başlanğıcı hesab edirik. Rusiya Federasiyası Ermənistana qarşı iqtisadi siyasətini bu vəziyyəti nəzərə alaraq quracaq”.

Overçuk vurğulayıb ki, bu, Ermənistanın suveren seçimidir və onun hüququ var.