Rusiya səfiri Moskvanın bu il Davos Forumunda iştirakını istisna edir

Rusiya nümayəndə heyəti yanvarın 20-dən 25-dək Davosda (İsveçrə) keçiriləcək Dünya İqtisadi Forumunun (WEF) iclasında yenidən iştirak etməyəcək.

Bu barədə Rusiyanın bu ölkədəki səfiri Sergey Qarmonin məlumat verib.

"Rusiya Davosda keçiriləcək Dünya İqtisadi Forumunda təmsil olunmayacaq, çünki təşkilatçılar yenə də ölkəmizin nümayəndələrinə dəvət göndərməmək qərarına gəliblər", - diplomat TASS- a müsahibəsində aydınlıq gətirib.

Qarmoninin sözlərinə görə, Rusiya tərəfi bu qərara sakit reaksiya verib və vəziyyəti dramatikləşdirməyə ehtiyac görmür.

Mövsüm

Aznews.az