Zaxarova: Qərbin Ermənistana destruktiv təsiri Cənubi Qafqazda nəqliyyat marşrutlarının açılmasına mane olur

Rusiyalı jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarına Ermənistanın reaksiyası təəccüb doğurur.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Biz həmişə İrəvandan eşidirdik ki, Ermənistan söz azadlığına sadiqdir, ona görə də İrəvanın reaksiyası təəccüb doğurur. Rusiyanın rəsmi mövqeyi İrəvana məlumdur: Rusiya ardıcıl olaraq üçtərəfli razılaşmalar əsasında bütün nəqliyyat və iqtisadi əlaqələrin açılmasından danışır. Bu mövqe son dərəcə aydın şəkildə ifadə olunub", - o bildirib.

M.Zaxarova qeyd edib ki, Qərbin destruktiv təsiri səbəbindən erməni tərəfinin üçtərəfli işçi qrupu çərçivəsində iş tempi azalıb: "Əminik ki, qrup çərçivəsində tam şəkildə qarşılıqlı fəaliyyət təkcə Cənubi Qafqaz regionunda nəqliyyat-kommunikasiya sisteminin bərpasına deyil, həm də bütün regionun sosial-iqtisadi inkişafını təmin edəcək".

XİN nümayəndəsi vurğulayıb ki, Rusiya bu məsələnin həllində Azərbaycan və Ermənistana kömək etməyə hazırdır.

AzNews.az