Rusiya və İran arasında imzalan sənədin məğzi üzə çıxdı

Rusiya və İran arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin müddəaları məlum olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, sənədin birinci maddəsində qeyd olunub ki, müqavilədə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında bənd mövcuddur.

Üçüncü maddədə göstərilir ki, tərəflərdən biri təcavüzə məruz qalsa, digəri təcavüzkara heç bir köməklik göstərməməlidir, mövcud fikirayrılıqlarının BMT nizamnaməsi və digər beynəlxalq hüquq normalarının tətbiqi ilə nizamlanmasına yardım edəcək.

"Rusiya Federasiyası və İran razılaşdılar ki, tərəflərdən biri təcavüzə məruz qalsa, digəri təcavüzkara heç bir yardım göstərməyəcək;

Rusiya və İran təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər;

Rusiya və İran kəşfiyyat orqanları arasında əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər;

Rusiya və İran təbii və texnogen fəlakətlər zamanı bir-birinə yardım edəcək;

Rusiya Federasiyası ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş avtomatik olaraq sonrakı 5 illik dövrlərə uzadılmaqla 20 il müddətinə bağlanır", Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin müddəalarında qeyd olunub.