Rusiya və Zimbabve arasında səhiyyə sahəsində saziş imzalanıb

Rusiyanın səhiyyə naziri Mixail Muraşko və onun zimbabveli həmkarı Duqlas Mombeşor arasında görüş keçirilib, görüş zamanı səhiyyə, tibb təhsili və elm sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalayıblar.

Görüş Rusiya Federasiyasının Səhiyyə Nazirliyində baş tutub.

Tərəflər bərabərlik prinsipləri əsasında, qarşılıqlı maraqları nəzərə almaqla, habelə dövlətlərin qanunvericiliyinə uyğun olaraq əməkdaşlığı inkişaf etdiriblər.

Mövsüm

Aznews.az