İranda havanın çirklənməsi 50 min insanın ölümünə səbəb olub

İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərkəndi Milli Təmiz Hava Günü Konfransında çıxış edib.

Zəfərkəndi hava çirkliliyinin ölkədə keçən il təxminən 50 min insanın ölümünə səbəb olduğunu və hava çirkliliyinin vurduğu iqtisadi zərərin 12 milyard dollar civarında olduğunu bildirib.

Zəfərkəndi vurğulayıb ki, beynəlxalq standartlar havanın hər kubmetrində 5 mikroqramdan çox hissəciklərin olmasını çirklənmə kimi qəbul edir.

Zəfərkəndi, “Biz bunu 12 mikroqram olaraq təyin edirik. Hətta öz meyarlarımıza görə, ölkəmizdə şəhərlər ildə orta hesabla 247 gün çirkli hava ilə nəfəs alır. Paytaxt Tehran üçün bu müddət 353 günə qədərdir", - deyə qeyd edib.

Mövsüm

Aznews.az