- Rusiya və İran
- 23 Yanvar 21:21
- 1 093
Moskva Niger, Sierra Leone və Cənubi Sudanda səfirlik açacaq
Rusiya yaxın vaxtlarda Niger, Sierra Leone və Cənubi Sudanda diplomatik nümayəndəliklərini açmağı planlaşdırır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
O, qeyd edib ki, Rusiyanın Burkina Faso və Ekvatorial Qvineyadakı səfirlikləri 2023-cü ildə fəaliyyətə başlayıb. Zaxarova qeyd edib ki, 1992-ci ildə maliyyə səbəblərinə görə dayandırıldıqdan sonra diplomatik işlərin bərpa olunacağı Niger və Syerra-Leonedəki səfirliklər növbəti dəfə fəaliyyət göstərməlidir.
Mövsüm
Aznews.az