İranda 5,1 bal gücündə zəlzələ baş verib

İranda qorxulu anlar...

27 yanvar 2025-ci il tarixində yerli vaxtla saat 04:32-də İranın qərbindəki Kirmanşah əyalətinin Qəsri Şirin şəhərində 5,1 bal gücündə zəlzələ baş verib.

Zəlzələdən sonra soyuq qış şəraitinə baxmayaraq yerli əhali təşviş içində evlərini tərk edərək küçələrə axışıb.

Həyat və mal itkisi yaşanmayıb.

Mövsüm

Aznews.az