- Rusiya və İran
- 7 Fevral 14:41
- 1 743
Kremldən Qroznıda vurulan AZAL təyyarəsi barədə açıqlama verməmək barədə - "AÇIQLAMA"
Rusiya prezidenti Vladimir Putin Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau vilayətində qəzaya uğraması ilə açıqlama verməyi planlaşdırmır.
AzNews.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb.
“Xeyr, bu yöndə heç bir plan yoxdur”, -deyə Rusiya liderinin mətbuat katibi jurnalistlərin suallarını cavablandırıb.
Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi Aktauda baş verən aviaqəzanın səbəbləri ilə bağlı ilkin hesabat dərc edib. Kreml daha əvvəl qəza ilə bağlı ilkin hesabatı şərh etməkdən imtina edib.
Peskovun sözlərinə görə, sənədin hazırkı formasına şərh vermək mümkün deyil.
AzNews.az