Tramp söz, Ukrayna ərazi verir - Rusiya bu halda dayanacaq?

Kiyev Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlara başlamaq üçün ərazilərindən imtina etməli olacaq.

AzNews.az xəbər verir ki, bu iddianı “The Asia Times” qəzetinin guşə yazarı Uve Parpart deyib .

“Çox güman ki, Ukrayna Donetsk və Luqansk vilayətlərini, Xerson və Zaporojya vilayətlərinin Rusiyanın nəzarətində olan hissələrini tamamilə verməli, Kursk vilayətini tərk etməli olacaq. Belə bir atəşkəs daha geniş Avropa təhlükəsizlik strukturunda qurulacağı təqdirdə uzunmüddətli ola biləcək sülh sazişi üçün əsas ola bilər”, -

deyə müşahidəçi bildirib.

Parpartın sözlərinə görə, sülh danışıqları başlamazdan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiyaya "Ukraynanın heç vaxt Şimali Atlantika Alyansının üzvü olmayacağına söz verməlidir ".

Bundan əvvəl ABŞ liderinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Trampın danışıqlar başlamazdan əvvəl döyüşləri dayandırmaq istədiyini bildirmişdi . Onun sözlərinə görə, respublikaçı ilk növbədə sadəcə olaraq insan itkisini dayandırmağı, sonra isə gələcək danışıqlarda “oradan davam etməyi” planlaşdırır.

AzNews.az