- Rusiya və İran
- 12:53
- 1 310
6 milyonluq brilyant satan Qarabağ ermənisi saxlanıldı
![](https://www.aznews.az/storage/2025/02/11/67aaff52eabe067aaff52eabe1173925973067aaff52eabde67aaff52eabdf.jpg)
Rusiyanın Sankt-Peterburq şəhərində polis Federal Təhlükəsizlik Xidməti ilə birlikdə şəhərin Puşkinski rayonundakı zərgərlik sərgisində reyd keçirib.
Nəticədə “Ekspoforum” Konqres və Sərgi Mərkəzinin “Natural brilyantlar” pavilyonunda Xankəndidən (Azərbaycan) 33 yaşlı, İrəvandan olan 41 və 45 yaşlı iki erməni saxlanılıb.
Müstəntiqlərin fikrincə, məhz “Natural brilyantlar” pavilyonunda qiymətli daşların satışı ilə bağlı qeyri-qanuni əməliyyat keçirilib. Dəyəri 6 milyon rublu (təxminən 105 min 564 manat) keçən brilyantların 5,5 milyona (təxminən 96 min 767 manat) satılması hüquq-mühafizə orqanlarında şübhə doğurub.
Müsadirə edilən əmlaklar arasında 456 almaz, həmçinin avadanlıq və xeyli miqdarda nağd pul - 741 min rubl (təxminən 13 min manat) və 15,2 min dollar (25 min 840 manat) olub. Hadisə ilə bağlı külli miqdarda qiymətli daşların qanunsuz dövriyyəsi maddəsi ilə cinayət işi açılıb.
AzNews.az