Permdə şaxtada 48 metr dərinlikdə qəza baş verib, ölənlər var

Rusiyanın Perm diyarının Solikamsk rayonunda yerləşən "Uralkali" şaxtasında dağ süxuru uçub.

“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu regionun qubernatoru Dmitri Mahonin bildirib.

Onun sözlərinə görə, iki nəfər həlak olub.

KIV-in məlumatına görə, hadisə 48 metr dərinlikdə baş verib.

AzNews.az