24 saatda ürəyi 25 dəfə dayandı - Həkimlər xilas etdi

Moskvada həkimlər bir gündə ürəyi 25 dəfə dayanan kişini xilas ediblər.

Bu barədə paytaxt merinin sosial inkişaf üzrə müavini Anastasiya Rakova məlumat yayıb.

Onun sözlərinə görə, Valentin Buyanov Şəhər Klinik Xəstəxanasının həkimləri əməliyyatı unikal üsulla həyata keçirməli olublar. Adamı xilas etmək üçün həkimlər ECMO aparatının dəstəyi ilə radiotezlikli kateter ablasyonundan istifadə ediblər.

Nəticədə ürəyin normal fəaliyyətini bərpa etmək mümkün olub. (unikal)

AzNews.az