İran: İki Britaniya vətəndaşı casusluq ittihamı ilə həbs edilib

İran Ədliyyəsinin sözçüsü Əsgər Cahangir diqqətçəkən açıqlama verib.

Açıqlamada iki Britaniya vətəndaşının yanvar ayında İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat qüvvələri tərəfindən Kirman əyalətində casusluq ittihamı ilə həbs edildiyi açıqlanıb.

Əsgər Cihangir qeyd edib:

Həbs olunan şəxslər turist adı altında İrana daxil olub və araşdırma adı altında ölkənin bir çox əyalətlərində məlumat toplayıblar. Bu şəxslər Qərb ölkələrinin kəşfiyyat xidmətləri ilə əlaqəli gizli təşkilatlarla əməkdaşlıq edirdilər.

Məsələ ilə bağlı açıqlama verən Kerman Ədliyyə Başçısı İbrahim Həmidi bunları deyib.

Kəşfiyyat və təhlükəsizlik qurumlarının tapıntılarına görə, sözügedən şəxslərin xarici kəşfiyyat təşkilatına bağlı müxtəlif qurumlarla əlaqəsi olduğu müəyyən edilib.

Bu məsələ ilə bağlı əlavə araşdırmalar davam etdirilir.

Mövsüm

Aznews.az