- Rusiya və İran
- 19 Fevral 16:17
- 1 686
Lavrov: "3+3" formatı bütün üzvlərin maraqlarına xidmət edir

Regional əməkdaşlığın "3+3" formatı şübhəsiz ki, bütün iştirakçı ölkələrin - Azərbaycan, Ermənistan, Rusiya, İran, Türkiyə və Gürcüstanın maraqlarına xidmət edir.
“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında "parlament saatı"nda bildirib.
"Əvvəldən hamı razılaşdı ki, bizdə format məhz "3+3"dür və biz Gürcüstanın mövqeyini, şübhəsini başa düşürük. Lakin gürcü nümayəndələri üçün iclas zalında həmişə yer olacaq", - o qeyd edib.