Kreml: Putin-Tramp görüşü ayın sonunda baş tuta bilər

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın ayın sonuna kimi görüşə bilər.

Peskov paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada Rusiya və ABŞ nümayəndə heyətləri arasında dünən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutan məsləhətləşmələri dəyərləndirib.

Danışıqların Rusiya ilə ABŞ arasında münasibətlərin yaxşılaşdırılmasına və bunun üçün lazımi şəraitin yaradılmasına yönəldiyini vurğulayan Peskov, "İlk mühüm addım atıldı. Hər iki tərəf siyasi iradə nümayiş etdirdi. Görüləcək çox iş var. Hələlik görüşün nəticələri barədə danışmaq tezdir, lakin müsbət dinamika var. İşi davam etdirmək istəyi var",-deyə qeyd edib.

Məsləhətləşmələrin nəticələri barədə Rusiya prezidenti Vladimir Putinə məlumat verildiyini deyən Peskov ABŞ-nin Ukrayna böhranının həlli ilə bağlı danışıqlarda öz nümayəndəsini təyin etməsindən sonra Rusiyanın da öz nümayəndəsini təyin edəcəyini bildirib.

Peskov bildirib ki, iclasda Ukraynada prezident seçkilərinin keçirilməsinin mümkünlüyü ilə bağlı qərar qəbul edilməyib.

Ukraynanın Rusiya-Amerika məsləhətləşmələri ilə bağlı "ziddiyyətli" açıqlamalar verdiyini ifadə edən Peskov, "Rusiya və ABŞ siyasi iradələrini ortaya qoydular. Kiyev rəhbərliyinin hansı iradə nümayiş etdirəcəyini görəcəyik".

Putin və Trampın görüşünün mümkünlüyü ilə bağlı iki dövlətin xarici işlər nazirliklərinin buna hazırlıq görəcəyini bildirən Peskov, “Görüş ayın sonuna qədər keçirilə də bilər, keçirilməyədə",-deyə əlavə edib.

Mətbuat katibi Peskov Avropa sülhməramlılarının Ukraynaya göndərilməsinə qarşı olduqlarını qeyd edib.

Mövsüm

Aznews.az