- Rusiya və İran
- 15:37
- 1 094
Putin və Si Cinpin arasında telefon danışığı olub

Çin Prezidenti Si Cinpin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Bu barədə Çinin Sinxua xəbər agentliyi məlumat yayıb.
Danışıqlar zamanı Çin lideri Rusiya və Çini yaxşı dost adlandırıb. O vurğulayıb ki, Moskva və Pekin həmişə bir-birinin ümumi inkişafını dəstəkləyir. Si Cinpinin sözlərinə görə, Rusiya və Çin arasında ikitərəfli münasibətlər unikal strateji dəyərə malikdir.
Bundan əlavə, Çin prezidenti bildirib ki, Pekin Moskva və digər tərəflərin Ukraynadakı münaqişənin diplomatik yolla həllinə nail olmaq səylərini alqışlayır.
Mövsüm
Aznews.az