Kreml nadir torpaq elementləri üzrə ABŞ-la əməkdaşlığa başlamaq şərtlərini açıqlayıb

Rusiya ilə ABŞ arasında nadir torpaq elementləri üzrə əməkdaşlıq yalnız münasibətlərin normallaşmasından və Ukrayna nizamlanmasından sonra başlaya bilər.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında bildirib.

“Dövlət başçılarının dialoqu bərpa etmək üçün siyasi iradəsi ortaya çıxdı. Bu, ilk növbədə Ukrayna böhranının həlli məsələsidir. Növbəti gündəm Ukrayna böhranının həllidir. Və yalnız bundan sonra ticari-iqtisadi layihələrə baxılır. Amerikalıların nadir torpaq metallarına ehtiyacı var. Bizdə onlardan çoxu var. Geniş perspektivlər açılır. Vaxtı gələndə açıq olacağıq", - D.Peskov vurğulayıb.

AzNews.az