ABŞ İranın neft-kimya ilə əlaqəli şirkət və gəmilərinə qarşı sanksiyalar tətbiq edir

ABŞ İranın neft və neft-kimya sənayesi, eləcə də İran neftinin nəqli ilə məşğul olan şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq edib.

Müvafiq bəyanat ABŞ Dövlət Departamentinin saytında dərc olunub.

Belə ki, ABŞ Dövlət Departamenti İran nefti və neft-kimya məhsullarının ticarəti ilə məşğul olan 8 təşkilata qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar həmçinin İran neftinin daşınması ilə məşğul olan Surinam, Hindistan, Çin və Malayziyadan olan 22 nəfərə və 13 nəqliyyat şirkətinə aid gəmilərə şamil edilib.

Departament qeyd edib ki, “İran rejimi özünün nüvə təhlükəsi və ballistik raket proqramı ilə qlobal təhlükəsizliyi pozmağa davam edir” və bu səbəbdən ABŞ sanksiyalar tətbiq etmək üçün müvafiq tədbirlər görüb.

Mövsüm

Aznews.az