- Rusiya və İran
- 25 Fevral 22:55
- 1 314
Rusiya XİN: Avropanın Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək hüququ yoxdur

Avropalılar Ukrayna ilə bağlı danışıqlarda iştirak hüququnu itiriblər.
Onlar özlərini getdikcə təcrid olunmuş vəziyyətdə tapırlar.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi öz rəsmi saytında məlumat yayıb .
Departamentdən bildirilib ki, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasında Ukrayna böhranı ilə bağlı qətnamənin qəbul edilməsi ilə bağlı müzakirə və səsvermə dünya birliyində sülh tələbinin formalaşdığını göstərir.
“Militarizm yoluna möhkəm qədəm qoyan və bununla da özlərini Ukrayna böhranının nizamlanması parametrləri üzrə danışıqlarda iştirak iddiası hüququndan haqlı olaraq məhrum edən avropalılar getdikcə daha çox təcrid olunmuş vəziyyətdədirlər”, - bəyanatda deyilir.
Mövsüm
Aznews.az