Pezeşkian ABŞ ilə dialoqun mümkün bərpası üçün şərtini açıqlayıb

İran prezidenti Məsud Pezeşkian bildirib ki, Vaşinqton müvafiq niyyət nümayiş etdirərsə, ABŞ ilə danışıqlar yenidən başlaya bilər.

“Biz sanksiyalardan qorxmamalıyıq. Bəziləri deyir ki, bizim onlarla (ABŞ) danışıqlar aparmaqdan başqa seçimimiz yoxdur. Biz danışıqlara getməyəcəyimizi demirik, lakin quldurlara boyun əymək niyyətində deyilik”, – Pezeşkianın mətbuat xidməti onun rəsmi saytında onun sözlərini sitat gətirib.

O əlavə edib ki, ABŞ əvvəlcə həqiqətən danışıqlar masasına oturmaq istədiyini sübut etməlidir.

Mövsüm

Aznews.az