- Rusiya və İran
- 18:45
- 1 032
Peskov: ABŞ və İran problemlərini danışıqlar yolu ilə həll etməlidir

Rusiya ABŞ və İranın problemlərini diplomatik yolla həll edə bilməsi üçün hər şeyi etməyə hazırdır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Bloomberg agentliyinin Moskvanın Vaşinqton və Tehran arasında vasitəçi kimi mümkün rolu ilə bağlı sualına cavab verərkən deyib .
“Rusiya hesab edir ki, ABŞ və İran bütün problemləri danışıqlar yolu ilə həll etməlidir”.
İran Xarici İşlər Nazirliyi də öz növbəsində agentliyin eyni sorğusuna cavab olaraq qeyd edib ki, digər ölkələrin bu cür diplomatik yardımı “təbii” olacaq.
Mövsüm
Aznews.az