Rusiya XİN Moldova səfirinə nota verib

Rusiya Xarici İşlər Nazirliyi Moldova səfiri Lilian Dariyə şifahi nota verib və respublika prezidenti Maya Sandudan Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerovun etimadnaməsini niyə hələ də qəbul etməməsi ilə bağlı izahat tələb edib.

Bu barədə nazirliyin saytında məlumat verilib .

Qeyd olunur ki, Moldova tərəfinin etimadnaməni qəbul etməməsi 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının pozulmasıdır.

“Moldova səfirinə Vyana Konvensiyasının mətni və diplomatik nümayəndəliklərin rəhbərlərinə tətbiq edilən təcrübənin vahidliyi və onların etimadnamələrini təqdim etmə qaydası baxımından Moldova tərəfinin onun müddəalarını pozmasının səbəblərinin izahını tələb edən şifahi nota verilib”, - məlumatda deyilir.

Mövsüm

Aznews.az