Nebenzya Suriya məsələsində ABŞ ilə əməkdaşlıq barədə məlumat verib

Rusiya və ABŞ Suriya məsələsində əməkdaşlıq edir.

Bu barədə jurnalistlərə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya məlumat verib.

O, BMT Təhlükəsizlik Şurasında Suriya üzrə qapalı məsləhətləşmələrdən əvvəl məsələ ilə bağlı suala “Bəli” cavabını verib.

Nebenzya qeyd edib ki, Moskva və Vaşinqtonun birgə tələbi ilə çağırılan məsləhətləşmələr çərçivəsində Suriyanın Latakiya şəhərindəki vəziyyət müzakirə olunacaq .

Mövsüm

Aznews.az