- Rusiya və İran
- 18 Mart 13:18
- 2 479
Rusiya Ermənistana qaz təchizatını dayandırıb

Rusiya Gürcüstan ərazisində təmir işləri ilə əlaqədar Ermənistana təbii qaz təchizatını dayandırıb.
“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" QSC-nin elanında bildirilib.
"18 mart saat 09:00-dan 18:00-dək Gürcüstan ərazisində "Şimali Qafqaz - Cənubi Qafqaz" tranzit qaz kəmərinin Qazax-Saquramo hissəsində (DN 1000) qəza-bərpa işləri aparılacaq, bununla əlaqədar olaraq Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq", - şirkətdən bildirilib.
Qeyd olunub ki, göstərilən müddətdə ölkədə istehlakçıların qazla təchizatı daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına həyata keçiriləcək.
"Qazprom" Ermənistana təbii qazın yeganə təchizatçısıdır. Ermənistan 2009-cu ildən İrandan qaz alır.