- Rusiya və İran
- 22 Mart 21:09
- 2 560
Putin və Vuçiç mayın 9-da Moskvada danışıqlar aparacaq

Serbiya lideri Aleksandr Vuçiç mayın 9-da Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.
Bu barədə Rusiya Prezidentinin İcra Aparatı rəhbərinin müavini Maksim Oreşkin Serbiyanın beynəlxalq iqtisadi əməkdaşlığa cavabdeh olan naziri Nenad Popoviçlə məsləhətləşmələrdən sonra məlumat verib.
“May Böyük Vətən Müharibəsində qələbədir. Biz çox şadıq ki, Serbiya prezidenti Vuçiç Moskvada olacaq və təbii ki, Rusiya prezidenti ilə görüş və danışıqlar olacaq”, - deyə Oreşkin qeyd edib.
Rusiya liderinin administrasiyası rəhbərinin müavini qeyd edib ki, ikitərəfli iqtisadi əlaqələr kontekstində “bir çox vacib məsələlər var”.
Bundan əlavə, dövlət başçıları əməkdaşlığın yeni istiqamətlərini müzakirə edəcəklər.
Mövsüm
Aznews.az