- Rusiya və İran
- 22 Mart 21:11
- 2 694
Tehranda üçmərtəbəli binada partlayış baş verib: xəsarət alanlar var

Tehranda partlayış üçmərtəbəli binanın uçmasına səbəb olub və azı 10 nəfər yaralanıb.
Bu barədə ISNA agentliyi Tehran bələdiyyəsinin yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.
"Sözügedən bina üç mərtəbəli və köhnə idi və görünür, insanlar torpağı yoxlamaq üçün quyu qazırdılar ki, bu da qaz sızması, partlayış və yanğına, eləcə də üç mərtəbənin tamamilə uçmasına səbəb oldu", - sözçüsü Cəlal Maleki bildirib.
Zərərçəkənlərin sayı dəqiqləşdirilir; 10 nəfər tibb müəssisələrinə çatdırılıb. Hadisə yerində üç yanğınsöndürmə briqadası işləyir. Maleki əlavə edib ki, insident həmçinin 12 qonşu binanın şüşələrinin sınması və bir sıra avtomobillərə ciddi ziyan vurması ilə nəticələnib.
Mövsüm
Aznews.az