- Rusiya və İran
- 24 Mart 18:21
- 2 901
Lavrovla Mirzoyan nədən danışıblar?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla regional gündəliyi müzakirə edib.
Bu barədə Rusiya XİN-in nazirlərin telefon danışığının yekunlarına dair yaydığı məlumatda bildirilib.
"Xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli, regional və qlobal gündəliyin aktual məsələlərini müzakirə ediblər. İrəvan və Bakı arasında sülh sazişinin mətninin razılaşdırılmasında Moskvanın yüksək qiymətləndirdiyi irəliləyiş qeyd olunub", - məlumatda vurğulanıb.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi martın 13-də Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığı qeyd olunub.
AzNews.az