- Rusiya və İran
- 25 Mart 17:45
- 2 782
Moskva Ər-Riyad danışıqlarına görə Ukraynanı suçladı

"Dünən Ər-Riyadda keçirilən ABŞ-Rusiya danışıqlarının yekunu üzrə birgə bəyanat “Ukraynanın mövqeyi” səbəbindən qəbul edilməyib”.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Müdafiə Komitəsinin sədr müavini Vladimir Çijov bildirib.
Onun sözlərinə görə, Rusiya və ABŞ nümayəndə heyətləri Ər-Riyadda keçirilən danışıqların yekunları ilə bağlı birgə bəyanatı razılaşdırıblar:
"Onlar 12 saat oturub və deyəsən, birgə bəyanatı razılaşdırıblar, lakin Ukraynanın mövqeyinə görə bəyanat qəbul olunmayıb. Bu, olduqca xarakterik və simptomatikdir".
AzNews.az