Minvodı hava limanında təyyarənin şassisi eniş zamanı alışıb

Rusiyaya məxsus “An-124 Ruslan" yük təyyarəsinin şassisi Minvodı hava limanında eniş zamanı alışıb.

Bu barədə TASS-a hava limanındakı mənbə bildirib.

"Təyyarənin şassisi eniş zamanı alışıb. Yanğın söndürülüb, xəsarət alan yoxdur", - o qeyd edib.