- Rusiya və İran
- 28 Mart 12:10
- 4 214
Lavrov aprelin 1-də Çinin baş diplomatı ilə Ukraynanı müzakirə edəcək

Rusiyanın baş diplomatı Sergey Lavrov çinli həmkarı Vanq Yi ilə aprelin 1-də Moskvada Ukrayna ətrafında yaranmış vəziyyətin nizamlanmasına dair danışıqlar aparacaq.
“Aprelin 1-də Moskvada Rusiya xarici işlər naziri Lavrov və Rusiyaya rəsmi səfər edəcək ÇKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Çinin xarici işlər naziri Vanq Yi arasında danışıqlar keçiriləcək”, - nazirlikdən bildirilib.
Nazirlik bildirib ki, iki baş diplomat Ukrayna böhranının həlli perspektivləri də daxil olmaqla ən aktual beynəlxalq problemləri müzakirə edəcəklər.
Həmçinin bildirilib ki, Rusiya və Çin xarici işlər nazirləri ikitərəfli əlaqələri, o cümlədən iki ölkə liderləri və yüksək səviyyəli rəsmiləri arasında təmasları da müzakirə edəcəklər.
Mövsüm
Aznews.az