- Rusiya və İran
- 1 Aprel 19:38
- 2 998
Putin Rusiya və Çinin BMT, ŞƏT və BRİKS-də uğurlu birgə fəaliyyətini bəyan edib

Rusiya və Çin bir çox beynəlxalq forumlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİKS-də uğurla işləyirlər.
Rusiya prezidenti Vladimir Putin bu barədə Çin Xalq Respublikasının (ÇXR) Xarici İşlər Nazirliyinin rəhbəri Vanq Yi ilə görüşündə bildirib.
"Biz əlaqələrimizin inkişaf yolundan, o cümlədən xarici işlər nazirliklərimizin birbaşa dəstəyi ilə inkişafından məmnunluğumuzu bildirmək istərdik. Bilirəm ki, səfəriniz üçün böyük, gərgin qrafikiniz var. Bu, ilk növbədə, ÇXR sədrinin Rusiyaya səfərinə hazırlıqla bağlıdır", - Putin Çinin xarici işlər nazirinə müraciət edib.
Rusiya lideri həmçinin onun dost salamlarını çinli həmkarı Si Cinpinə çatdırmağı xahiş edib. O əlavə edib ki, Çin sədrini Moskvada Böyük Vətən Müharibəsində və İkinci Dünya Müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş təntənəli paradda gözləyir .
Mövsüm
Aznews.az