İran ABŞ-la yalnız nüvə proqramı ilə bağlı danışıqlar aparacaq

İran ABŞ ilə aparılacaq danışıqlarda yalnız nüvə proqramı məsələsini müzakirə edəcəyini açıqlayıb.

Aznews.az “ISNA” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədr müavini Həmid-Rza Haci Babayi Oman Məsləhət Şurasının sədri Xalid əl-Maavali ilə görüş zamanı bəyan edib.

“Mövcud şəraitdə biz yalnız nüvə proqramı ilə bağlı danışıqlara hazırıq, digər məsələlərin heç bir əhəmiyyəti yoxdur”, – Haci Babayi vurğulayıb.