- Rusiya və İran
- 15:01
- 821
İran XİN: İslam Respublikası ABŞ və İsrailin təhdidlərinə sərt cavab verəcək

İran İslam Respublikasına qarşı istənilən xarici təcavüzə sərt cavab verəcək.
Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib.
ISNA agentliyinin Teleqram kanalında onun sözləri sitat gətirilib: "İran İslam Respublikasının (İİR) Silahlı Qüvvələri istənilən təhlükəyə qarşı durmaq qabiliyyətini daim qoruyur və təkmilləşdirir. Biz ölkəmizə qarşı istənilən hücum və təcavüzə bütün gücümüzlə cavab verəcəyik".
ABŞ və İsrail rəsmilərinin bəyanatları ilə bağlı sualı cavablandıran Bəqayi xəbərdarlıq edib ki, təhdidlər həyata keçirilərsə, bu ölkələr "dərhal hərtərəfli cavab alacaqlar".
Mövsüm
Aznews.az