Əraqçi: Biz Oman görüşündən sonra ABŞ ilə birbaşa danışıqlar planlaşdırmırıq

İran hakimiyyəti Omanda vasitəçilər ilə görüşlər başa çatdıqdan sonra ABŞ ilə birbaşa danışıqlar aparmaq niyyətində deyil .

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.

"Seçim onunla bağlıdır ki, onlar (ABŞ. - Red.) öz nöqteyi-nəzərini hədə-qorxu və təzyiq yolu ilə tətbiq etdikdə danışıqlar variantını qəbul etmirik. "Bu, diktədir", - İrna agentliyi Teleqram kanalında deyib.

Əraqçi qeyd edib ki, vasitəçilik danışıqları konstruktiv dialoqu təmin edə və ABŞ-nin İrana təzyiqinin qarşısını ala bilər.

Mövsüm

Aznews.az