- Rusiya və İran
- 12 Aprel 19:30
- 1 285
İran-ABŞ danışıqları başa çatıb

İranın xarici işlər naziri Abbas Araqçi ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçirilən dolayı danışıqlar bir neçə dəqiqə əvvəl başa çatıb.
Aznews.az xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.
Omanın xarici işlər naziri iki tərəf arasında fikir və təklifləri çatdıran mühüm vasitəçi rolunu oynayıb.
Əsas mövzular İrana qarşı sanksiyaların aradan qaldırılması yolları və Tehranın nüvə proqramı ilə bağlı müzakirələr ətrafında olub.
Tərəflər danışıqların gələn həftə davam etdiriləcəyi barədə razılığa gəliblər.
Qeyd edilib ki, iki saat yarımdan çox davam edən dolayı danışıqlar başa çatdıqdan sonra İran və ABŞ nümayəndə heyətlərinin başçıları Oman xarici işlər nazirinin iştirakı ilə bir neçə dəqiqə danışıblar.