İranın xarici işlər naziri ABŞ ilə mümkün razılaşmanın şərtlərini açıqlayıb

İran hakimiyyəti ABŞ-nin təklif etdiyi sazişin şərtlərini müzakirə etməyə yalnız o halda hazırdır ki, Vaşinqton ölkənin nüvə proqramının tamamilə ləğvində israrlı olmayacaq.

Bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi məlumat verib.

O, aydınlaşdırıb ki, amerikalıların mövqeyi konstruktiv olarsa, İran mümkün saziş üzrə dialoqa başlaya bilər.

"İranın uranın zənginləşdirilməsi məsələsi qəbul edilmiş faktdır və biz potensial narahatlıqlara baxmayaraq, [Amerika tərəfi ilə] etimadın gücləndirilməsi üzərində işləməyə hazırıq. Bununla belə, uranın zənginləşdirilməsi məsələsi müzakirə mövzusu deyil", - deyə Əraqçi jurnalistlərə bildirib.

Mövsüm

Aznews.az