- Rusiya və İran
- 19:50
- 915
Rusiya və Oman arasında vizasızlıq sazişi imzalanıb

Rusiya Federasiyası və Oman hökumətləri iki ölkə vətəndaşları üçün viza tələblərinin qarşılıqlı ləğvi haqqında saziş imzalayıblar.
Sənədin imzalanma mərasimi Rusiya prezidenti Vladimir Putin və Oman sultanı Heysəm bin Tariq Əl Səid arasında danışıqlardan sonra baş tutub.
“Hər bir tərəf qarşı tərəfin vətəndaşlarına hər səfəri zamanı 30 gün ərzində öz dövlətinin ərazisində vizasız qalmaq hüququ verir”, - deyə sazişin mətnində bildirilir.
Qeyd olunur ki, bir il ərzində ölkədə ümumi qalma müddəti 90 gündən çox olmamalıdır. Vizasız rejim daimi yaşamaq, təhsil almaq və ya işləmək üçün daxil olanlara şamil edilmir.
Mövsüm
Aznews.az